Şriftin ölçüsü :

Saytın rəngi :

“Su ehtiyatlarından səmərəli istifadənin təmin olunması, alternativ su mənbələrinin yaradılması və həmin mənbələrdən istifadənin genişləndirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib.

23 dekabr 2025 | 12:13

“Su ehtiyatlarından səmərəli istifadənin təmin olunması, alternativ su mənbələrinin yaradılması və həmin mənbələrdən istifadənin genişləndirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib.

Xocavənd rayonunda “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 22.07.2022-ci il tarixli, 3378 nömrəli Sərəncamından irəli gələn tapşırıqların icrası çərçivəsində, Sərəncamın 1.1.16.2-ci bəndinə uyğun olaraq alternativ su mənbələrindən istifadə praktikasının genişləndirilməsi mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi müdirinin müavini Asim Rüstəm açaraq, ölkə başçısının təsdiq etdiyi Strategiyanın əsas məqsədləri, regionlarda dayanıqlı sosial-iqtisadi inkişafın təmin edilməsi və su ehtiyatlarından səmərəli istifadənin vacibliyi barədə ətraflı məlumat vermişdir. O, xüsusilə su qıtlığının artdığı müasir dövrdə alternativ su mənbələrinin tətbiqinin həm ekoloji tarazlığın qorunması, həm də kənd təsərrüfatı və əhalinin içməli su təminatının yaxşılaşdırılması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulamışdır. Asim Rüstəm tədbir boyunca müzakirələri idarə edərək mövzunun aktuallığını diqqətə çatdırmışdır.
Daha sonra Xocavənd Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin Texniki İstehsalat və İstismar şöbəsinin mühəndisi Elxan Sarumov çıxış edərək rayonda mövcud su təsərrüfatı infrastrukturu, alternativ su mənbələrinin – yeraltı suların, yağış sularının toplanması və təkrar istifadəsinin texniki imkanları barədə geniş məlumat vermişdir. O, su itkilərinin azaldılması, mövcud meliorasiya sistemlərinin təkmilləşdirilməsi və müasir texnologiyaların tətbiqinin əhəmiyyətini qeyd etmiş, bu sahədə görülən və perspektivdə planlaşdırılan işlərdən danışmışdır.
Tədbir zamanı iştirakçıların sualları cavablandırılmış, alternativ su mənbələrindən istifadənin genişləndirilməsi istiqamətində institusional əməkdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanmışdır. Sonda qeyd olunmuşdur ki, bu cür maarifləndirici tədbirlər Strategiyanın icrasına töhfə verməklə yanaşı, əhali arasında su ehtiyatlarından səmərəli və qənaətli istifadə mədəniyyətinin formalaşmasına xidmət edir.

Keçidlər