Su ehtiyatlarından səmərəli istifadənin təmin olunması, alternativ su mənbələrinin yaradılması və həmin mənbələrdən istifadənin genişləndirilməsi” mövzusunda tədbir keçirilib
26 noyabr 2024-cü il tarixdə 500 ailəlik Xocavənd qəsəbəsi rayon Suvarma Sistemləri idarəsində “Su ehtiyatlarından səmərəli istifadənin təmin olunması, alternativ su mənbələrinin yaradılması və həmin mənbələrdən istifadənin genişləndirilməsi” mövzusunda tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Suvarma Sistemləri idarəsinin rəisi Anar Əsədov ölkə ərazisində su ehtiyatlarından səmərəli istifadənin vacibliyini vurğulayaraq, sudan məişətdə və kənd təsərrüfatında qənaətlə istifadənin təmin edilməsinin müsbət nəticələrindən söhbət açıb. A.Əsədov sudan səmərəli istifadə edilməsinə nəzarət məqsədi ilə mütəmadi olaraq monitorinqlərin keçirilməsinin vacibliyini vurğulayıb. Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Nicat Şirinov bildirib ki, 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar təsdiq edilmiş “Tədbirlər Planı”na uyğun olaraq ölkə ərazisində eləcə də Xocavənd rayonu ərazisində silsilə tədbirlər təşkil edilmişdir. Natiq dünyada şirin su ehtiyatlarının azaldığını və bunun başlıca səbəbinin qlobal iqlim dəyişikliyi olduğunu deyib. Nicat Şirinov qeyd edib ki, Azərbaycan azsulu ölkələr sırasındadır və su çatışmazlığı problemi ölkəmizdən də yan keçmir. Natiq Vətən müharibəsi nəticəsində işğaldan azad olunmuş Qarabağ, eləcə də Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan ərazilərimizdə kifayət qədər içməli və suvrma sahəsində yararlı su mənbələrinin olduğunu qeyd etmiş və yaxın zamanda həmin su ehtiyyatı hesabına ölkəmizin suya olan təlabatının xeyli hissəsinin ödəniləcəyini vurğulamışdır.