Su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı münasibəti ilə tədbir keçirilmişdir.
05 iyun 2024 | 12:35
Su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı münasibəti ilə tədbir keçirilmişdir.
5 iyun 2024-cü il tarixdə Xocavənd qəsəbəsində Su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı münasibəti ilə tədbir keçirilmişdir. Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin Xocavənd Rayon İcra Hakimiyyətinin inzibati binası qarşısında ucaldılmış abidəsi önünə tər gül dəstələri düzərək dahi şəxsiyyətin ruhuna öz ehtiramlarını bildirmişlər. Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov Xocavənd Suvarma Sistemləri İdarəsi və Sukanal sahəsinin əməkdaşlarını peşə bayramları münasibətilə təbrik edib, ən xoş arzularını çatdırıb.