Sükut dəqiqəsi
26 dekabr 2024 | 14:30
Sükut dəqiqəsi
Xocavənddə təyyarə qəzasında həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən qəzaya uğraması nəticəsində həlak olanların xatirəsini yad etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 26 dekabr 2024-cü il tarixdə Azərbaycan Respublikasında matəm elan edilib.
Matəm günü ilə əlaqədar ölkəmizin hər yerində olduğu kimi həm işğaldan azad edilmiş Xocavənd rayonunda, həm də Beyləqan rayon ərazisində yerləşən Xocavənd qəsəbələrində Azərbaycanın Dövlət Bayrağı endirilib, keçirilməsi nəzərdə tutulan kütləvi tədbirlər təxirə salınıb, saat 12:00-da təyyarə qəzasında həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub, nəqliyyatın hərəkəti dayanıb.