Şriftin ölçüsü :

Saytın rəngi :

Sülh Aylığı çərçivəsində  sülh, həmrəylik, qarşılıqlı hörmət və tolerantlıq dəyərlərinin təşviqinə həsr olunmuş tədbir keçirilib

16 sentyabr 2026 | 10:30

21 avqust – 21 sentyabr  Sülh Aylığı çərçivəsində  sülh, həmrəylik, qarşılıqlı hörmət və tolerantlıq dəyərlərinin təşviqinə həsr olunmuş tədbir keçirilib.

16 sentyabr 2026-cı il tarixdə Xaçınabad kənd 2 nömrəli tam orta ümumtəhsil məktəbində  21 avqust – 21 sentyabr Sülh Aylığı çərçivəsində  sülh, həmrəylik, qarşılıqlı hörmət və tolerantlıq dəyərlərinin təşviqinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşları və  müəllimlər iştirak ediblər. Tədbirin əsas məqsədi cəmiyyətdə sülh və qarşılıqlı anlaşma mədəniyyətinin gücləndirilməsi, xüsusilə gənclər arasında sülh dəyərlərinin təbliği, həmçinin insanların bir-birinə hörmət və dözümlülük prinsipləri əsasında münasibətlərinin inkişaf etdirilməsinə  töhfə vermək olub. Çıxışlar zamanı sülhün  insan hüquqlarının və davamlı inkişafın mühüm şərti olduğu vurğulanıb. Bildirilib ki, sülh yalnız münaqişələrin qarşısının alınması deyil, eyni zamanda qarşılıqlı hörmət, dialoq, əməkdaşlıq və həmrəyliyin möhkəmləndirilməsini nəzərdə tutur. İştirakçılar mövzu ətrafında fikir və təkliflərini bölüşüb, sülh mədəniyyətinin təşviqi istiqamətində görülə biləcək işləri müzakirə ediblər. Sonda Sülh Aylığı çərçivəsində bu istiqamətdə maarifləndirici və sosial təşəbbüslərin davam etdirilməsinin əhəmiyyəti qeyd olunub.

Keçidlər