Şriftin ölçüsü :

Saytın rəngi :

“Sülhün və sabitliyin təminatında həmrəyliyin rolu” mövzusunda tədbir keçirilib

03 sentyabr 2026 | 09:06
21 avqust – 21 sentyabr “Sülh aylığı” çərçivəsində “Sülhün və sabitliyin təminatında həmrəyliyin rolu” mövzusunda tədbir keçirilib.
3 sentyabr 2026-cı il tarixdə 21 avqust – 21 sentyabr tarixlərini əhatə edən “Sülh aylığı” çərçivəsində “Sülhün və sabitliyin təminatında həmrəyliyin rolu” mövzusunda tədbir keçirilib. Tədbirin əsas məqsədi sülh və sabitliyin qorunmasında həmrəyliyin, qarşılıqlı hörmətin, dialoqun və birgə fəaliyyətin əhəmiyyətinə diqqət çəkmək, cəmiyyətdə sülh mədəniyyətinin və həmrəylik dəyərlərinin təbliğinə töhfə vermək olub.
Tədbirdə çıxış edən Xocavənd Rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq və kadr məsələləri sektorunun məsləhətçisi Pərviz Rəhmanov bildirib ki, davamlı sülhün və ictimai sabitliyin təmin olunması yalnız dövlət və beynəlxalq təşkilatların deyil, bütövlükdə cəmiyyətin birgə səylərini tələb edir. Həmrəylik, qarşılıqlı etimad, tolerantlıq və dialoq münaqişələrin qarşısının alınmasında, sosial həmrəyliyin gücləndirilməsində və təhlükəsiz gələcəyin formalaşdırılmasında mühüm amillərdir. Çıxış zamanı xüsusilə vurğulanıb ki, sülh yalnız müharibənin olmaması deyil, insanların qarşılıqlı anlaşma, hörmət və əməkdaşlıq şəraitində yaşamasını təmin edən dəyər və həyat tərzidir. Bu baxımdan gənclərin sülh və həmrəylik ideyalarının təşviqində fəal iştirakı xüsusi əhəmiyyət daşıyır.
Tədbir çərçivəsində sülhün təşviqi, cəmiyyətdə həmrəylik və qarşılıqlı etimadın gücləndirilməsi, müxtəlif sosial qruplar arasında əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı fikir və təkliflər səsləndirilib. Sonda qeyd olunub ki, “Sülh aylığı” çərçivəsində keçirilən bu kimi tədbirlər sülh dəyərlərinin geniş ictimaiyyətə çatdırılmasına, həmrəylik və birlik ideyalarının təşviqinə, eləcə də cəmiyyətdə sülh mədəniyyətinin daha da möhkəmləndirilməsinə xidmət edir.
Keçidlər