Şriftin ölçüsü :

Saytın rəngi :

“Suverenliyin qorunmasında dini-mənəvi həmrəyliyin rolu” mövzusunda tədbir keçirilib.

15 iyul 2025 | 17:25
15 iyul 2025-ci il tarixində Xocavənd Rayon İcra Hakimiyyətinin akt zalında Xocavənd Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsinin birgə təşkilatıçlığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Suverenliyin qorunmasında dini-mənəvi həmrəyliyin rolu” mövzusunda tədbir keçirilib.
Tədbirdə Xocavənd Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-Dini qurumlarla işin təşkilatçısı Nicat Şirinov çıxış edərək, bildirmişdir ki, insanları birləşdirən, cəmiyyətin möhkəmliyini artıran və birgə fəaliyyətə təşviq edən amillərdən olan dini və mənəvi dəyərlər bir ölkənin daxili və xarici təhlükəsizliyinin təmin olunmasında, vətəndaşların birliyinin gücləndirilməsində və ümumi milli məqsədlərə çatmaqda mühüm faktordur. O qeyd etmişdir ki, dini və mənəvi həmrəylik suverenliyin qorunmasında yalnız daxili birliyin gücləndirilməsinə deyil, həm də xalqın xarici təsirlərə qarşı daha güclü müqavimət göstərməsinə, cəmiyyətin sabitliyinin təmin edilməsinə və ölkənin gələcəkdəki inkişafına öz töhfəsini verir. Çıxışlarda Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın rəşadətli Ordusu tərəfindən ölkəmizin ərazi bütövlüyü və suverenliyinin təmin edildiyi diqqətə çatdırılmış, eyni zamanda, suverenliyin qorunmasında dini, mənəvi həmrəyliyin rolundan bəhs olunub. Çıxış edənlər ölkəmizin multikultural və tolerant dəyərlər üzərində formalaşmış dini mühitinin Azərbaycanın suverenliyinə qarşı yönəlmiş təhdidlərə qarşı vacib sipər olduğunu xüsusi vurğulayıblar. Bildirilib ki, radikalizmə və dini ekstremizmə qarşı mübarizədə maarifləndirici tədbirlərin keçirilməsi və dini icmalarla əməkdaşlığın gücləndirilməsi böyük əhəmiyyət daşıyır.
Keçidlər