Şriftin ölçüsü :

Saytın rəngi :

“Tariximizin qürur səhifəsi” adlı dəyirmi masa keçirilib

25 sentyabr 2026 | 17:44
“Tariximizin qürur səhifəsi” adlı dəyirmi masa keçirilib.
25 sentyabr 2026-cı il tarixində 27 Sentyabr – Anım Günü ilə əlaqədar “Tariximizin qürur səhifəsi” başlığı altında dəyirmi masa keçirilib. Tədbirdə Xocavənd Rayon İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşları, şəhid ailələrinin üzvləri, qazilər, müəllimlər və şagirdlər iştirak ediblər.
Əvvəlcə Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dəyirmi masa zamanı 27 Sentyabr – Anım Gününün tarixi əhəmiyyəti, Vətən müharibəsində Azərbaycan xalqının nümayiş etdirdiyi birlik və həmrəylik, eləcə də şəhidlərin və qazilərin keçdiyi şərəfli döyüş yolu barədə fikirlər səsləndirilib.
Tədbirdə çıxış edən Xocavənd Rayon İcra Hakimiyyəti başçısı Aparatının Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Şaiq Aslanov bildirib ki, 27 Sentyabr – Anım Günü Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman oğul və qızlarımızın əziz xatirəsinə dərin ehtiramın ifadəsidir. O qeyd edib ki, şəhidlərimizin qəhrəmanlığı Azərbaycan tarixinin ən şərəfli səhifələrindən birini təşkil edir və onların əziz xatirəsi daim xalqımızın qəlbində yaşayacaq. Çıxışlarda şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısından, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən də bəhs olunub.
Daha sonra tədbir iştirakçıları Vətən müharibəsində qazanılmış tarixi Zəfərin əhəmiyyəti, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi və şəhidlərin qəhrəmanlıq irsinin gələcək nəsillərə çatdırılmasının vacibliyi barədə fikir mübadiləsi aparıblar.
Keçidlər