Şriftin ölçüsü :

Saytın rəngi :

 Təhlükəsizlik Orqanlarının yaradılmasının 105-ci ildönümü münasibətilə tədbir keçirilmişdir.

28 mart 2024 | 09:07
   Təhlükəsizlik Orqanlarının yaradılmasının 105-ci ildönümü münasibətilə tədbir keçirilmişdir.
  28 mart 2024-cü il tarixdə Rayon İcra Hakimiyyətinin akt zalında Təhlükəsizlik Orqanları əməkdaşlarının peşə bayramı münasibətilə tədbir keçirilmişdir. Tədbir iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri düzmüş və ulu öndərin əziz xatirəsini ehtiramla yad etmişlər. Tədbirdə çıxış edən Xocavənd Rayon İcra Hakmiyyətinin başçısı Eyvaz Hüseynov Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının peşə bayramları münasibəti ilə təbrik etmiş və xalqımızın milli maraq və mənafelərinin, təhlükəsizliyin, sabitliyin, əmin-amanlığın qorunması sahəsində fəaliyyətlərində uğurlar arzulamışdır. Bildirmişdi ki, Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti 105-ci ildönümünü xidmətdə qazandığı mühüm uğurlarla, Vətən müharibəsində qazandığımız möhtəşəm zəfərlə, dövlətin və xalqın böyük etimadı ilə qeyd edir. RİH başçısı bildirmişdir ki, təhlükəsizlik orqanlarının fəaliyyətinin böyük bir dövrü Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Müasir Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin ən böyük xidmətlərindən biri də siyasi tariximizdə ilk dəfə təhlükəsizlik orqanlarının milliləşdirilməsinə nail olmasıdır. Ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin müdrik rəhbərliyi nəticəsində bu gün Azərbaycan regionun lider dövlətinə çevrilib.
Tədbirdə digər çıxış edənlər Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarını peşə bayramı münasibətilə təbrik etmiş, onlara şərəfli, eyni zamanda çətin və məsuliyyətli işlərində uğurlar arzulamışlar.
 Sonda Dövlət Təhlükəsizliyi Xidmətinin Xocavənd Rayon Şöbəsinin bir qrup əməkdaşına Xocavənd Rayon İcra Hakimiyyəti başçısının “Fəxri Fərman”ı təqdim edilmişdir.
Keçidlər