Şriftin ölçüsü :

Saytın rəngi :

Təhsil və tibb işçiləri üçün antikorrupsiya davranış modelinə dair maarifləndirici tədbir keçirilib

05 sentyabr 2025 | 16:40

Təhsil və tibb işçiləri üçün antikorrupsiya davranış modelinə dair maarifləndirici tədbir keçirilib

25.09.2025 -ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə əlaqədar olaraq təhsil və tibb işçiləri üçün maarifləndirici tədbir keçirilmişdir.
Tədbirin əsas məqsədi dövlət qulluqçuları, təhsil və səhiyyə sahəsində çalışan əməkdaşlar arasında şəffaflıq, dürüstlük və etik davranış prinsiplərinin möhkəmləndirilməsi, həmçinin antikorrupsiya davranış modelinin formalaşdırılması olmuşdur.
Təhsil müəssisələrində keçirilən tədbirdə müəllimlərə korrupsiyanın mənfi sosial-iqtisadi nəticələri, peşə etikası və vətəndaş məsuliyyəti mövzularında ətraflı məlumat verilib. Qeyd olunub ki, gənc nəslin düzgün və şəffaf idarəçilik prinsipləri əsasında tərbiyə olunması, cəmiyyətdə ədalət və vicdan meyarlarının güclənməsinə xidmət edir.
Rayon Mərkəzi Xəstəxanasında təşkil edilən görüşdə isə tibb işçilərinə dövlət orqanlarında şəffaf idarəetmə, vətəndaş məmnunluğunun artırılması, rüşvətxorluğun qarşısının alınması və etik davranış qaydaları barədə məlumatlar çatdırılıb. Həmçinin səhiyyə sektorunda korrupsiyaya qarşı effektiv mübarizə yolları və peşə məsuliyyətinin əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb.
Tədbir iştirakçılarına bildirilib ki, “Milli Fəaliyyət Planı”nın icrası çərçivəsində bu kimi maarifləndirici görüşlər mütəmadi xarakter daşıyır və məqsəd dövlət xidmətlərində şəffaflığın artırılması, korrupsiyaya qarşı ictimai immunitetin gücləndirilməsidir.

Keçidlər