Şriftin ölçüsü :

Saytın rəngi :

Təhsildən yayınma hallarının qarşısının alınması məqsədi ilə ümumtəhsil məktəblərində görüşlər təşkil edilmişdir.

18 oktyabr 2023 | 16:43

   Təhsildən yayınma hallarının qarşısının alınması məqsədi ilə ümumtəhsil məktəblərində görüşlər təşkil edilmişdir.

   Xocavənd Rayon İcra Hakimiyyəti tərəfindən təhsildən yayınma ilə bağlı  növbəti tədbir  18 oktyabr 2023-cü il tarixdə Xoxcavənd rayon 4 saylı tam orta məktəbində keçirilmişdir.  Rayonun ümumtəhsil məktəblərində təşkil edilmiş görüşlərin əsas məqsədi uşaqları təhsildən yayındırmağa sövq edən halların aradan qaldırılması ilə bağlı olmuşdur. Belə halların olmaması üçün risk qrupundan olan ailələrin yaşadığı ərazilərdə uşaqların təhsilə davamiyyətinin yüksəldlməsi üçün maarifləndirici tədbirlər keçirilmiş, Rayon İcra Hakimiyyəti Başçısı Aparatının və Təhsil Şöbəsinin əməkdaşlarınin birgə iştirakı ilə məktəblərdə uşaqların davamiyyəti ilə əlaqədar jurnallara baxış keçirilmişdir. Bu zaman hər hansı uşağın uzun müddət dərsə gəlmədiyini məlum olduqda həmin uşağın ailəsi ilə söhbət aparılmışdır. Eyni zamanda, uşaqların təhsildən yayınması, erkən nikah, əməyə cəlb olunma ilə bağlı məktəblərlə, müəllimlərlə, psixoloqlarla da iş aparılır ki, onlar bu prosesdən kənarda qalmasınlar.Təhsildən yayınma faktları sıradan bir adi məsələ olmadığından belə araşdırmaların aparılması və bu istiqmətdə zəruri tədbirlərin həyata keçirilməsi hər zaman diqqət mərkəzimizdədir.

Keçidlər