Şriftin ölçüsü :

Saytın rəngi :

"Təmiz ekoloji mühit - sağlam həyat” mövzusunda dəyirmi masa keçirilmişdir.

27 noyabr 2024 | 16:09

27.11.2024-cü il tarixdə 500 ailəlik Xocavənd qəsəbəsində rayon İcra Hakimiyyətinin iclas zalında “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində  "Təmiz ekoloji mühit - sağlam həyat” mövzusunda dəyirmi masa keçirilmişdir. Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Nicat Şirinov bildirib ki, ekoloji tarazlığın və ətraf mühitin qorunması Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Son illərdə bu sahədə görülən işlər daha intensiv və genişmiqyaslı xarakter alıb. Yaşıllıqların artırılması və meşə zolaqlarının salınması ətraf mühitin qorunması sahəsində ən vacib tədbirlərdəndir. Genişmiqyaslı yaşıllaşdırmanın keçirildiyi Azərbaycan bununla özünün ekoloji vəziyyətini yaxşılaşdırmaqla yanaşı, qlobal iqlim dəyişmələri ilə mübarizə tədbirlərinə də töhfəsini verir. Natiq qeyd edib ki, ötən il dekabrın 25-də Prezident İlham Əliyevin ölkəmizdə 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi haqqında imzaladığı Sərəncamda Azərbaycan Respublikasının beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verdiyi qeyd olunur. Bildirilir ki, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi" kimi müəyyən edilib. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır.

Rayon İcra Hakimiyyəti başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Nasir Quliyev çıxış edərək bildirib ki, bu gün ölkəmizdə ətraf mühitin qorunması xüsusi diqqət mərkəzində saxlanılır. Azərbaycan hökuməti tərəfindən ekologiyanın qorunması, ətraf mühitin mühafizəsi istiqamətində ardıcıl tədbirlər həyata keçilir. Ölkədə yaşıllıq sahələrinin artırılması baxımından davamlı işlər görülür. N.Quliyev işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası "nın yaşıl enerji zonası" elan olunduğunu və  qarşıdakı illər ərzində isə bu tədbirlərin bütün ölkə ərazisini əhatə edəcəyinə əminliyini qeyd edib.

Həmçinin tədbirdə son illər ərzində ölkə ərazisində milyonlarla ağacın əkilməsi, yeni parkların salınması təqdirəlayiq olduğu qeyd olunub və təbiətin qorunması, yaşıllıqların daha da artırılması, zərərli maddələrin yer səthinə atılmaması üçün maarifləndirmə tədbirlərin mütəmadi keçirilməsinin vacibliyi vurğulanıb.

Keçidlər