Şriftin ölçüsü :

Saytın rəngi :

“Təmiz ekoloji mühit - sağlam həyat” mövzusunda maarifləndirici tədbir keçirilib.

23 may 2024 | 16:26

23 may 2024-cü il tarixdə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 25 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş, Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar Xocavənd rayonunda il ərzində həyata keçiriləcək Tədbirlər Planına uyğun olaraq “Təmiz ekoloji mühit - sağlam həyat” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı cənab Eyvaz Hüseynov  dünyanı narahat edən ekoloji problemlər, iqlim dəyişiklikləri və onların canlı aləmə mənfi təsirlərindən, ekoloji mədəniyyətdən söhbət açaraq bu sahəyə diqqətin artırılması, beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin əhəmiyyətini tədbir iştirakçıların diqqətinə çatdıraraq onu da qeyd etdi ki, bu Sərəncam Azərbaycanın qlobal təşəbbüslərə ilk qoşulan ölkələrin sırasında olduğunu bir daha sübut edir. Digər tərəfdən ölkəmizdə 2024-cü il ərzində bu sahədə fəaliyyətimizi genişləndirəcəyimizə və ətraf mühitin qorunması istiqamətində görüləcək işlərin xeyli dərəcədə intensivləşəcəyinə bir çağırışdır.

Keçidlər