Şriftin ölçüsü :

Saytın rəngi :

“Təmiz ölkəm” başlığı altında təmizlik aksiyası keçirilmişdir

17 iyul 2024 | 16:07
Xocavənd rayonunda “Təmiz ölkəm” başlığı altında təmizlik aksiyası keçirilmişdir.
17.07.2024-cü il tarixdə Beyləqan rayonu ərazisi, 500 ailəlik Xocavənd qəsəbəsində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Xocavənd Rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin birgə təşkilatçılığı ilə “Təmiz ölkəm” başlığı altında təmizlik aksiyası keçirilmişdir. Tədbirdə Xocavənd Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Nicat Şirinov, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Asim Rüstəm, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Sektor müdiri İsrafil Paşayev və rayon ərazisində fəaliyət göstərən idarə, təşkilat əməkdaşları iştirak etmişlər.
Aksiyada giriş sözü ilə çıxış edən Nicat Şirinov qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25.12.2023-cü il tarixli Sərəncamı ilə 2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilmişdir. Sərəncamla təsdiq edilmiş “Tədbirlər Planı”na uyğun olaraq Respublikanın ayrı-ayrı şəhər və rayonlarında il ərzində çoxsaylı tədbirlər, dəyirmi masa və konfranslar, o, cümlədən, yaşıllaşdırma, ağacəkmə və iməcilik aksiyaları keçirilir, su ehtiyatlarından səmərəli istifadənin təmin olunması, alternativ su mənbələrinin yaradılması və geniş istifadəsinin təşviq olunması, bərk məişət tullantılarının yerləşdirilməsi, utilizasiyası və zərərləşdirilməsi istiqamətində müvafiq addımlar atılır və təbliğat işləri görülür. Daha Sonra Asim Rüstəm qeyd etmişdir ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Xocavənd rayonunda daha əvvəl - 17aprel 2024-cü il tarixdə ağacəkmə aksiyası keçirilmiş, müxtəlif vaxtlarda iməciliklər təşkil olunmuşdur. Tədbirlər Planına uyğun olaraq aksiya çərçivəsində ümumilikdə 900 ədəd ağac və gül kolları əkilmişdir.
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Sektor müdiri İsrafil Paşayev çıxış edərək qeyd etdi ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü il ölkəmizdə "Yaşıl dünya naminə həmrəylik ili" elan edilmiş, bu da növbəti il ərzində qarşımıza ətraf mühitlə, yaşıl inkişafla bağlı yeni gündəlik qoymuşdur. Natiq, "Azərbaycan 2030" Milli Prioritetlər sənədində 5 prioritetdən birinin təmiz ətraf mühit və yaşıl artım ölkəsi olaraq bəyan edildiyini də diqqətə çatdırıb və əlavə edib ki, qlobal iqlim dəyişikliklərinin miqyasını nəzərə alaraq ekoloji təmiz texnologiyaların tətbiqinə əhəmiyyətli yer verilməli, təmiz enerji mənbələrindən istifadə, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpası təşviq edilməlidir. Bununla yanaşı, ölkənin perspektiv iqtisadi inkişafı ilə bərabər ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların sürətli bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə təmin edilməlidir.
Keçidlər