Şriftin ölçüsü :

Saytın rəngi :

Tərbiyə məqsədilə uşaqlara qarşı hər cür zorakılığın mənfi nəticələri və uşaqların maraqlarına toxunan məsələlərdə onların iştirakının təmin edilməsi sahəsində fəaliyyətin gücləndirilməsi barədə maarifləndirmə tədbirləri keçirilmişdir

25 oktyabr 2022 | 17:09
Tərbiyə məqsədilə uşaqlara qarşı hər cür zorakılığın mənfi nəticələri və uşaqların maraqlarına toxunan məsələlərdə onların iştirakının təmin edilməsi sahəsində fəaliyyətin gücləndirilməsi barədə maarifləndirmə tədbirləri keçirilmişdir.
Xocavənd rayon Salakətin kənd tam orta məktəbində 25 oktyabr 2022-ci il tarixdə uşaqlara qarşı zorakılığın mənfi nəticələri və uşaqların maraqlarına toxunan məsələlər barədə maarifləndirici tədbir keçirildi. Tədbirdə Xocavənd Rayonu İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsləhətçi-psixoloqu Həsənov Orxan çıxışında bildirmişdir ki, Zorakılıq və onun gündən-günə artan formaları dünyanın ən qorxulu ictimai problemlərindəndir. Bu zorakılıq daha çox azyaşlı uşaqlara qarşı yönələndə isə məsələnin daha təhlükəli həddə çatdığı aydın olur. Uşaqlarla davranış, məktəbdə, cəmiyyətdə, xüsusilə ailədə onlara münasibət o qədər incə, həm də məsuliyyətli işdir ki, bu sahədə ehtiyatlı olmaq lazımdır. Ailəyə dövlətin kiçik modeli kimi baxırıq, uşaqlar da ailənin özəyidir. Onların hüquqlarının təmini valideynlərlə yanaşı, dövlətin də qarşısında duran əsas məqsəddir. Yetkinlik yaşına çatmayan, xüsusən də yeddi yaşına qədər olan uşaqlar özlərinin hüquq və qanuni mənafelərini müdafiə etmək iqtidarında olmurlar. Bu səbəbdən onları qorumağın və vətəndaş kimi yetişdirməyin məsuliyyəti əsasən valideynlərin və məktəbin üzərinə düşür. Onların psixologiyasının bu yaşlarında zədələnməsinə imkan vermək olmaz. Azərbaycanda sağlam ailə, tərbiyəli uşaq böyütmə kimi möhkəm ənənələr mövcuddur. Bu, millətimizin ən üstün tərəfidir. Necə deyərlər, valideynlər uşaqlarının üstündə yarpaq kimi əsirlər. Lakin təəssüflə deyə bilərik ki, son illər belə gözəl ənənələrimiz sanki laxlayır, bəzi uşaqlar cəmiyyətdən öncə ailədə müxtəlif zorakılıqlara məruz qalır.Məktəb isə əslində təhlükəsiz və uşaqların inam yeri olmalıdır.
Məktəbdəki nizam-intizam qaydaları hər bir şagirdin ləyaqətinə və formalaşmaqda olan şəxsiyyətinə hörmət prinsipində qurulmalı, eyni zamanda uşaqların maraqlarına toxunan məsələlərdə onların iştirakının təmin edilməsi sahəsində valideynlərlə yanaşı müəllimlərdə fəal iştirak etməlidir. Sonda şagirdlərlə birlikdə onları düşündürən və narahat edən məsələlərlə bağlı fikir mübadiləsi aparıldı.
Keçidlər