Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.

01 dekabr 2023 | 14:32
   Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.
  01 dekabr 2023-cü il tarixdə Xocavənd Rayon İcra Hakimiyyəti və YAP Xocavənd Rayon Təşkilatı tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib. Aksiyada rayon icra hakimiyyətinin başçısı Eyvaz Hüseynov, YAP Xocavənd Rayon Təşkilatının sədri Vüsal Hüseynov, hüquq-mühafizə orqanlarının rəhbərləri rayon ictimaiyyətinin üzvləri iştirak ediblər. Aksiyada 100 meyvə ağacı əkilib. Əkilən ağaclar suvarılıb, onlara aqrotexniki qulluq göstərilib.
  Təbiətin qorunması, ekoloji vəziyyətin yaxşılaşdırılması, yaşıllıqların genişləndirilməsi Ulu Öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətinin mühüm tərkib hissəsi olub. Ümummilli Liderin əsasını qoyduğu ekoloji siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısının Sərəncamı ilə 2010-cu ilin ölkəmizdə “Ekologiya İli” elan edilməsi də özündə bu məqamları ehtiva edir.
  Xocavənd Rayon İcra Hakimiyyətinin keçirdiyi ağacəkmə aksiyasının məqsədi ölkəmizdə ekologiyanın qorunması, təbiətə qayğı hissinin təbliği və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etməkdir.
Keçidlər