Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev: Azərbaycanın xilaskarı və qurucusu” mövzusunda dəyirmi masa keçirildi.
10 may 2024 | 10:04
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev: Azərbaycanın xilaskarı və qurucusu” mövzusunda dəyirmi masa keçirildi.
Xocavənd Rayon İcra Hakimiyyəti, YAP Xocavənd rayon təşkilatı və Qarabağ Regional Gənclər və İdman İdarəsinin Xocavənd rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə 10 may 2024-cü il tarixdə Xocavənd Rayon İcra Hakimiyyətinin akt zalında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev: Azərbaycanın xilaskarı və qurucusu” mövzusunda dəyirmi masa keçirildi. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünün qeyd edilməsi, Azərbaycan dövlətini və millətini zamanın ən çətin sınaqlarından çıxarmış bu dahi şəxsiyyətin dövlət idarəçiliyi sahəsindəki fəaliyyətində vətənpərvərlik tərbiyəsinin müxtəlif istiqamətləri üzrə görülmüş işlər barədə gənclərin məlumatlılığının artırılması, Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclər arasında təbliğ edilməsi məqsədi ilə keçirilən dəyirmi masada 38 nəfər iştirak etmişdir.
Tədbirdə Ümummilli liderin əziz xatirəsi anılmış, onun keçdiyi şərəfli həyat yolundan, müstəqil Azərbaycan dövlətinin hərtərəfli inkişafı, milli dövlətçilik ideyasının bərqərar olunması və ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması naminə göstərdiyi əvəzsiz tarixi xidmətlərdən, gənclərlə iş sahəsində yürütdüyü siyasətdən bəhs edən çıxışlar səslənmiş, ayrı-ayrı gənclərin fikirləri dinlənilmişdir.