Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli Lider Heydər Əliyevin anım günü münasibətilə ehsan mərasimi təşkil olunub.

12 dekabr 2025 | 16:35
12 Dekabr - Ümummilli Lider Heydər Əliyevin anım günü münasibətilə ehsan mərasimi təşkil olunub.
12 dekabr 2025-ci il tarixdə Ulu Öndər Heydər Əliyevin vəfatının 22-ci ildönümü münasibətilə Rayon İcra Hakimiyyəti tərəfindən ehsan mərasimi təşkil olunmuşdur. Ehsan mərasimində Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, şəhid ailələri, qazilər, veteranlar, YAP rayon təşkilatının sədri, Rayon İcra Hakimiyyətinin kollektivi, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri və ziyalılar iştirak etmişdir.
Mərasimdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov çıxış edərək bütün həyatını və fəaliyyətini xalqının xoşbəxtliyinə həsr etmiş Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın inkişafı və tərəqqisi naminə misilsiz xidmətlərindən bəhs edib, onun əziz xatirəsinin daim qəlblərdə yaşayacağı, heç vaxt yaddaşlardan silinməyəcəyini vurğulayıb.
Mərasimdə çıxış edənlər bildiriblər ki, Azərbaycanın çağdaş tarixinin böyük bir dövrü Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz müdrik dövlət xadimi Heydər Əliyev Azərbaycan dövlətçiliyini xaos və böhran məngənəsindən çıxarıb, vətəndaş müharibəsinin qarşısını alıb, atəşkəs rejiminin tətbiqinə nail olub, xalqımızın taleyində misilsiz xilaskar missiyasını şərəflə yerinə yetirib. Qeyd olunub ki, müasir Azərbaycan tarixinin yaradıcısı olan Heydər Əliyev xalqımızın qürur mənbəyi, tarixi bir şəxsiyyət kimi yaddaşlara əbədi həkk olunub.
Keçidlər