Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibəti ilə Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub

06 may 2026 | 09:11
Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibəti ilə gənc partiya fəallarının və məktəblilərin iştirakı ilə Beyləqan rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub.
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Xocavənd Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Xocavənd Rayon Təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibəti ilə gənc partiya fəallarının və məktəblilərin iştirakı ilə Beyləqan rayonunda yerləşən Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunmuşdur. Tədbirdə iştirakçılar öncə Ümummmilli lider Heydər Əliyevin Beyləqan rayonunda ucaldılmış abidəsini ziyarət edərək önünə tər çiçəklər düzmüş, dahi şəxsiyyətə ehtiramlarını ifadə etmişlər. Daha sonra Heydər Əliyev Mərkəzində şagirdlərə Ulu öndərin həyat və fəaliyyəti haqqında ətraflı məlumat verilmiş, Azərbaycana rəhbərlik etdiyi dövrləri əks etdirən foto-sərgi nümayiş etdirilmişdir.
Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilən tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Tədbirdə YAP Xocavənd Rayon Təşkilatının sədri Vüsal Hüseynov, Xocavənd Rayon İcra Hakimiyyətinin Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Nicat Şirinov, Beyləqan rayon Heydər Əliyev Mərkəzinin direktoru Xəyalə Kərimova və digər çıxış edənlər Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan və daim xalqına arxalanan Ulu Öndər Heydər Əliyevin tarixi xidmətlərindən bəhs ediblər. Bildirilib ki, Heydər Əliyev XX əsrin ikinci yarısından etibarən xalqın taleyində həlledici rol oynamış, Azərbaycanın siyasi, iqtisadi, sosial və mədəni inkişafının əsas istiqamətlərini formalaşdırmış dahi bir liderdir. O, dövlət idarəçiliyinin ən çətin məqamlarında xalqın iradəsini özündə təcəssüm etdirərək Azərbaycanı çətin sınaqlardan çıxarmağı bacarmışdır.
Sonda Yeni Azərbaycan Partiyasının (YAP) ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup partiya fəalı fəxri fərmanla təltif edilib.
Keçidlər