Ümummilli Liderin xatirəsi yad edilib
10 may 2024 | 14:46
Ümummilli Liderin xatirəsi yad edilib.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-cu ildönümü ilə əlaqədar 10 may 2024-cü il tarixdə Ulu Öndər Heydər Əliyevin Xocavənd Rayon İcra Hakimiyyəti inzibati binası önündəki abidəsi səhər saatlarında Rayon İcra Hakimiyyətinin və hüquq-mühafizə orqanlarının rəhbərləri tərəfindən ziyarət edilmişdir. Ulu Öndərin abidəsinin ziyarəti gün ərzində davam etmiş, ziyarətdə idarə müəssisə və təşkilatların kollektivləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdirlər.