Şriftin ölçüsü :

Saytın rəngi :

“Uşaq əməyinin istismarı və erkən nikahın fəsadları” mövzusunda maarifləndirici söhbətlər təşkil olunub

11 mart 2026 | 11:10

“Uşaq əməyinin istismarı və erkən nikahın fəsadları” mövzusunda maarifləndirici söhbətlər təşkil olunub

Uşaq hüquqlarının qorunması və onların sağlam inkişafının təmin edilməsi məqsədilə məktəblərdə “Uşaq əməyinin istismarı və erkən nikahın fəsadları” mövzusunda maarifləndirici söhbətlər təşkil olunub.Söhbət zamanı şagirdlərə uşaq əməyinin istismarının mənfi təsirləri, uşaqların təhsildən yayınmasının doğura biləcəyi problemlər haqqında ətraflı məlumat verilib. Bildirilib ki, uşaqların erkən yaşda əmək fəaliyyətinə cəlb olunması onların fiziki və psixoloji inkişafına ciddi zərər vurur.Eyni zamanda erkən nikahın fəsadlarından bəhs olunaraq, bu cür halların gənclərin təhsil imkanlarını məhdudlaşdırdığı, sağlamlıq problemlərinə və sosial çətinliklərə səbəb olduğu diqqətə çatdırılıb.Söhbətlər zamanı şagirdlərlə qarşılıqlı müzakirələr aparılıb, onların sualları cavablandırılıb və mövzu ilə bağlı maarifləndirici tövsiyələr verilib.Keçirilən tədbirlərin əsas məqsədi şagirdlər arasında hüquqi biliklərin artırılması, onların risklər barədə məlumatlandırılması və sağlam, təhlükəsiz gələcəyə yönləndirilməsidir.

Keçidlər