Şriftin ölçüsü :

Saytın rəngi :

"Uşaq hüquqları aylığı" çərçivəsində maarifləndirmə tədbiri keçirilib.

24 oktyabr 2022 | 17:19
   "Uşaq hüquqları aylığı" çərçivəsində maarifləndirmə tədbiri keçirilib.
  Xocavənd rayon Salakətin kənd tam orta məktəbində 20 oktyabr 20 noyabr tarixləri "Uşaq hüquqları aylığı" çərçivəsində tədbir təşkil olunmuşdur. Tədbirin məqsədi aidiyyatı qurumları cəlb etməklə uşaqlara qayğının təşviq edilməsi, onlara qarşı pis rəftarın və zorakılığın qarşısının alınması, bu sahədə məlumatlılığın artırılması, uşaq hüquqlarının səmərəli müdafiəsi və təbliğinə nail olmaq idi. Xocavənd Rayon İcra Hakimiyyəti Başçısı Apartının İctimai-siyasi, humanitar məsələlər şöbəsinin müdir müavini Nicat Şirinov çıxışında bildirmişdir ki, uşaq hüquqlarına insan hüquqlarının tərkib hissəsi kimi baxılır və onların təmin olunması üçün ölkəmizdə bir sıra ciddi addımlar atılmışdır. Ölkəmiz inkişaf etdikcə uşaq hüquqlarının təmin olunmasında da irəliləyişlər müşahidə olunur. Belə ki, inkişaf etməmiş ölkələrdə mövcud olan anlayışa görə, uşaq ailənin iqtisadi inkişafına töhfə verə biləcək potensial işçi qüvvəsi və sonrakı çağlarında sosial təminat vasitəsidir. Başqa sözlə, kənd təsərrüfatı cəmiyyətlərində uşaq iqtisadi cəhətdən səmərəli vasitədir. Belə cəmiyyətlərdə uşaq bir tərəfdən istehsala töhfə verir və qocalıq dövründə sığorta rolunu oynayır. Beləliklə, uşaqların əməkləri istismar olunaraq onların hüquqları tapdanır. Nicat Şirinov eyni zamanda​ 20 noyabr​ 1989-cu ildə​ BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilmiş Uşaq Hüquqları Konvensiyası haqqında şagirdlərə məlumat vermişdir. O bildirmişdir ki,​ Uşaq hüquqları Konvensiyası BMT tərəfindən qəbul edilmiş bir saziş olaraq, dünyanın hər bir yerində yaşayan uşaqlara konvensiya ilə müəyyən edilmiş hüquqları təmin edir. Konvensiya uşaqların yaşaması və inkişafı üçün zəruri olan minimum standartları müəyyən edir. Konvensiyanın ratifikasiya etmiş bütün dövlətlər bu öhdəlikləri yerinə yetirməlidirlər. Bu Konvensiya uşaqların hüquqlarını təmin edən birinci universal kodeksdir.​ 1998-ci ildə ölkəmizdə BMT-nin “Uşaq Hüquqları haqqında” Konvensiyasının müddəalarını özündə əks etdirən “Uşaq Hüquqları haqqında” Qanun qəbul edilmişdir. Bu gün Ulu öndərin siyasi kursu Prezident İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilir.
  Daha sonra Xocavənd Rayonu İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsləhətçi-psixoloqu Həsənov Orxan çıxışında bildirmişdir ki,​Hər il noyabr ayının 20-də bütün dünyada BMT-nin Uşaq Hüquqları Konvensiyası Günü kimi qeyd olunur. Konvensiya dünya birliyinin uşaqlarla bağlı ən ülvi arzu və istəklərinin dəqiq, hərtərəfli ifadəçisi kimi insan hüquqları sahəsindəki beynəlxalq sənədlər sırasında xüsusi yer tutur. Bəşər cəmiyyətinin sağlamlaşmasına, tərəqqisinə münasibət ifadə edən konvensiyada göstərilir ki, hər hansı ölkənin gələcəyinə bəslənən ümidlər onun vətəndaşlarının gənc nəsli ilə bağlıdır. Uşaqların öz hüquqlarını bilməsi üçün aidiyyati qurumlar aktiv fəaliyyət göstərirlər. Onların maariflənməsi sağlam cəmiyyətin təməllərini inşa etməkdir.
Keçidlər