Şriftin ölçüsü :

Saytın rəngi :

“Uşaq Hüquqları Aylığı” çərçivəsində “Uşaq hüquqları – sağlam gələcəyin  təminatıdır” mövzusunda maarifləndirici tədbir keçirilib

17 noyabr 2026 | 12:09

“Uşaq Hüquqları Aylığı” çərçivəsində “Uşaq hüquqları – sağlam gələcəyin  təminatıdır” mövzusunda maarifləndirici tədbir keçirilib.

17 noyabr 2026-cı il tarixində Xaçınabad kənd 2 saylı tam orta ümumtəhsil məktəbində “Uşaq Hüquqları Aylığı” çərçivəsində “Uşaq hüquqları – sağlam gələcəyin  təminatıdır” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirin əsas məqsədi uşaqların hüquqları barədə məlumatlılığının artırılması, onların sağlam, təhlükəsiz və hərtərəfli inkişafı üçün yaradılan imkanların təşviqi, həmçinin uşaq hüquqlarının qorunmasında valideynlərin və cəmiyyətin məsuliyyətinin diqqətə çatdırılması olub.Tədbirdə çıxış edənlər uşaqların təhsil, sağlamlıq, müdafiə, bərabərlik və sərbəst fikir bildirmək hüquqlarından bəhs edərək, BMT-nin Uşaq Hüquqları Konvensiyasının əhəmiyyətini vurğulayıblar. Bildirilib ki, hər bir uşağın hüquqlarının qorunması dövlətin, ailənin və cəmiyyətin birgə məsuliyyətidir. Maarifləndirici hissədə iştirakçılara uşaq hüquqları, uşaqlara qarşı zorakılığın qarşısının alınması, bullinq, ayrı-seçkilik və uşaqların təhlükəsiz mühitdə böyüməsinin vacibliyi barədə məlumat verilib.Tədbir çərçivəsində uşaqların fəal iştirakı ilə interaktiv müzakirələr, sual-cavab və maarifləndirici fəaliyyətlər təşkil olunub. İştirakçılar öz fikir və təkliflərini bölüşərək uşaq hüquqlarının müdafiəsinin əhəmiyyətini bir daha diqqətə çatdırıblar. Sonda qeyd olunub ki, uşaqların hüquqlarına hörmətlə yanaşmaq, onların səsini eşitmək və hər bir uşağa bərabər imkanlar yaratmaq sağlam və güclü cəmiyyətin formalaşmasının əsas şərtlərindəndir.

Keçidlər