“Uşaq hüquqları aylığı” çərçivəsində “Uşaq hüquqları – sağlam və təhlükəsiz gələcəyin təminatı” mövzusunda tədbir keçirilib
Xaçınabad 3 saylı tam orta məktəbdə “Uşaq hüquqları aylığı” çərçivəsində “Uşaq hüquqları – sağlam və təhlükəsiz gələcəyin təminatı” mövzusunda tədbir keçirilib.
29 oktyabr 2026-cı il tarixdə Uşaq hüquqlarının qorunması, uşaqların hüquqi maarifləndirilməsi və cəmiyyətdə bu sahədə məlumatlılığın artırılması məqsədilə “Uşaq hüquqları aylığı” çərçivəsində Xaçınabad kənd 3 nömrəli tam orta ümumtəhsil məktəbində “Uşaq hüquqları – sağlam və təhlükəsiz gələcəyin təminatı” mövzusunda tədbir keçirilib. Tədbirdə çıxış edən Hüquq və kadr məsələləri sektorunun məsləhətçisi Pərviz Rəhmanov uşaq hüquqlarının əhəmiyyətindən, uşaqların hüquq və azadlıqlarının qorunmasının vacibliyindən, onların sağlam və təhlükəsiz mühitdə böyüməsi üçün görülən işlərdən bəhs edib.Çıxış zamanı uşaqların təhsil almaq, sağlamlığının qorunması, zorakılıqdan müdafiə olunmaq, fikir və düşüncələrini sərbəst ifadə etmək hüquqlarına toxunulub. Həmçinin uşaq hüquqlarının qorunmasında ailənin, məktəbin və cəmiyyətin üzərinə düşən məsuliyyət diqqətə çatdırılıb. Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.Qeyd edək ki, “Uşaq hüquqları aylığı” çərçivəsində keçirilən bu kimi maarifləndirici tədbirlər uşaqların hüquqi biliklərinin artırılmasına, hüquq və vəzifələrini daha yaxşı mənimsəmələrinə mühüm töhfə verir.






