Şriftin ölçüsü :

Saytın rəngi :

“Uşaq hüquqları aylığı”  çərçivəsində Xocavənd rayonunda fəaliyyət göstərən ümumi təhsil məktəblərində silsilə tədbirlərin təşkili davam edir.

20 oktyabr 2025 | 09:50
20 oktyabr - 20 noyabr tarixlərini əhatə edən “Uşaq hüquqları aylığı”  çərçivəsində  Xocavənd rayonunda fəaliyyət göstərən ümumi təhsil məktəblərində silsilə tədbirlərin təşkili davam edir.
 
Növbəti görüş Xocavənd rayon Salakətin kənd tam orta ümumtəhsil məktəbində keçirilib. Görüşdə Xocavənd Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Nİcat Şirinov, baş məsləhətçi Məmləkət İbrahimova, məktəbin müəllim və şagird heyəti iştirak etmişlər. Tədbir zamanı qeyd edilmişdir ki, hər il olduğu kimi 2025-ci ildə də ölkəmizin qoşulduğu BMT-nin Uşaq hüquqları haqqında Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində 20 oktyabr-20 noyabr tarixləri “Uşaq Hüquqları Aylığı” kimi qeyd edilir. Bildirilmişdir ki, Azərbaycanda dövlət uşaq siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu siyasət hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən məqsədyönlü şəkildə davam etdirilir. Tədbirdə uşaq hüquqları sahəsində qəbul olunmuş qanunlar, konvensiyalar, dövlətimiz tərəfindən uşaqların hüquqlarının qorunması istiqamətində həyata keçirilən mühüm tədbirlərdən ətraflı məlumat verilmişdir. Qeyd edilib ki, Azərbaycanda uşaqlar dövlətin və cəmiyyətin daim diqqət mərkəzindədir və uşaq problemlərinin ardıcıl həlli ölkəmizdə bu sahədə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.İnteraktiv formatda təşkil olunmuş tədbirdə mövzu ətrafında müzakirələr aparılmış, iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır. 
 
Keçidlər