Şriftin ölçüsü :

Saytın rəngi :

“Uşaq hüquqlarını birlikdə qoruyaq” mövzusunda tədbir

04 noyabr 2024 | 15:14

Xocavənd Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 20 oktyabr - 20 noyabr tarixlərini əhatə edən “Uşaq hüquqları aylığı” çərçivəsində “Uşaq hüquqlarını birlikdə qoruyaq” mövzusunda baş tutan tədbirdə məktəb şagirdlərinə hüquqları barədə məlumat verilərək, bu sahədə qəbul olunmuş qanunlar, konvensiyalar, dövlətimiz tərəfindən uşaqların hüquqlarının qorunması istiqamətində həyata keçirilən tədbirlər, uşaqların sağlam mühitdə yetişməsinin əhəmiyyəti, milli xüsusiyyətlərin yad təsirlərə məruz qaldığı qloballaşan əsrdə uşaqların milli dəyərlər əsasında düzgün tərbiyə olunması və sağlam mühitdə yetişməsinin əhəmiyyəti barədə ətraflı məlumat verilmiş, iştirakçılarla uşaq hüquqları barədə diskussiya aparılmışdır. 20 oktyabr-20 noyabr tarixlərini əhatə edən “Uşaq hüquqları aylığı”nın təşkilində əsas məqsəd 20 noyabr- Ümumdünya Uşaqlar Günü ərəfəsində uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının qorunması vəziyyətinin daha da yaxşılaşdırılmasından ibarətdir. Konvensiya dünya birliyinin uşaqlarla bağlı ən ülvi arzu və istəklərinin dəqiq, hərtərəfli ifadəçisi kimi insan hüquqları sahəsindəki beynəlxalq sənədlər sırasında xüsusi yer tutur. Onların bu sahədə maariflənməsi cəmiyyətin sağlam təməllər üzərində qurulmasına səbəb olur.

Keçidlər