Uşaq Səfirlər Məclisinin növbəti layihəsi ilə bağlı “Gələcəkdə kiməm” adlı tədbir keçirilmişdir.
16 dekabr 2024 | 17:33
Uşaq Səfirlər Məclisinin növbəti layihəsi ilə bağlı “Gələcəkdə kiməm” adlı tədbir keçirilmişdir.
16 dekabr 2024-cü il tarixdə Xocavənd Rayon İcra Hakimiyyəti və Uşaq Səfirlər Məclisinin Xocavənd rayon nümayəndəsinin birgə təşkilatçılığı ilə Salakətin kənd tam orta məktəbində “Gələcəkdə kiməm” adlı tədbir keçirilmişdir. Tədbirdə Xocavənd Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Nicat Şirinov , Uşaq Səfirlər Məclisinin Xocavənd rayon nümayəndəsi Sevinc Əhmədova , Uşaq Səfirlər Məclisinin fəal üzvləri iştirak etmişlər.
Tədbirdə çıxış edən Xocavənd Rayon İcra Hakimiyyətinin əməkdaşı Nicat Şirinov Uşaq Səfirlər Məclisi və mövzy ilə bağlı ətraflı məlumat vermişdir.
Maarifləndirici tədbirdə Sevinc Əhmədova mövzu ilə bağlı geniş təqdimatla çıxış etmiş, sonra çıxışlar və müzakirələrlə tədbir davam etmişdir.
Tədbirdə bildirilib ki, hal-hazırki təhsil sisteminin bizə qatmış olduğu bilikləri düzgün inkişaf etdirmək, bu bilikləri yekunda düzgün ixtisasa qəbul üçün istifadə edə bilmək əsas nüanslardan biridir. Bu günün düzgün ixtisas seçimi gələcəkdə həm maddi, həm də mənəvi formada parlaq gələcəyin başlıca faktorudur.