Şriftin ölçüsü :

Saytın rəngi :

Uşaq Səfirlər Məclisinin növbəti layihəsi ilə bağlı "Kiçik dünyamızın rəngli sakinləri” mövzusunda tədbir keçirilmişdir.

04 oktyabr 2024 | 17:06
Uşaq Səfirlər Məclisinin növbəti layihəsi ilə bağlı "Kiçik dünyamızın rəngli sakinləri” mövzusunda tədbir keçirilmişdir.
04 oktyabr 2024-cü il tarixdə Xocavənd Rayon İcra Hakimiyyəti və Uşaq Səfirlər Məclisinin Xocavənd rayon nümayəndəsinin birgə təşkilatçılığı ilə Uşaq Səfirlər Məclisinin növbəti layihəsilə bağlı "Kiçik dünyamızın rəngli sakinləri” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Xocavənd Rayon İcra Hakimiyyəti başçısının müavini Əfsanə Quliyeva, Uşaq Səfirlər Məclisinin Xocavənd rayon nümayəndəsi Sevinc Əhmədova, Adil Quliyev, müəllimlər və istedadlı şagirdlər iştirak etmişlər. Tədbirin ilk hissəsində istedadlı uşaqlar üzə çıxarılması ilə bağlı diskussiya keçirilib. Sonra isə məktəblilərin əl işlərindən və rəsmlərdən ibarət sərgiyə baxış keçirilib.
Tədbirin əsas məqsədi şagirdlərin potensial imkanlarının üzə çıxarılması olmuşdur. Tədbir şagirdlərin əyani və vizual bacarıqlarının formalaşması, çəkdikləri hər xırda detalın onlar üçün nə dərəcədə əhəmiyyətli olduğunu ifadə edə bilmək, rəsm və digər əl işlərini təqdimetmə bacarağının formalaşması baxımından önəmli xarakter daşıyır. Eyni zamanda şagirdlərdə sərgidəki əl işlərində nəyi ifadəetməyə çalışdığı soruşulduğu zaman şagirdin nitq və ünsiyyət bacarığının daha da təkminləşməsinə şərait yaranmışdır.
Keçidlər