Şriftin ölçüsü :

Saytın rəngi :

Uşaq Səfirlər Məclisinin Xocavənd rayon nümayəndələrinin təşkilatçılığı ilə "Uşaqlara kitab verək, həyat yükü yox!" adlı tədbir keçirilmişdir.

08 aprel 2025 | 16:04
   Uşaq Səfirlər Məclisinin Xocavənd rayon nümayəndələrinin təşkilatçılığı ilə "Uşaqlara kitab verək, həyat yükü yox!" adlı tədbir keçirilmişdir.
  08 aprel 2025-ci ildə Xocavənd rayon 4 saylı tam orta məktəbdə "Uşaqlara kitab verək, həyat yükü yox!" adlı tədbir keçirilmişdir.
  Tədbirdə cəmiyyətimizin ən aktual problemlərindən biri olan qohum evlilikləri və erkən nikahın səbəblərindən və fəsadlarından bəhs olunmuşdur. Çıxş edən Xocavənd Rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsləhətçi-psixoloqu Orxan Həsənov bildirmişdir ki, erkən nikahlar fərdin psixi mənəvi və bioloji cəhətdən inkişafına təsir edən, təhsildən yayındıran, sosiallaşmasına mane olan önəmli faktordur. Beynəlxalq statistikaya görə hər il dünyada 10 milyona yaxın uşaq erkən nikaha məruz qalır. Erkən nikahlar beynəlxalq səviyyədə uşaq istismarının bir növü hesab edilir və buna qarşı mübarizə tədbirləri həyata keçirilir. Əvvəlki dövrlərə nisbətən müasir dövrdə bu cür halların statistikasında xeyli azalma müşahidə olunsa da, hələ də bu hal bəsəriyyəti təhlükəyə sürükləyəcək səviyyədə mövcuddur. Erkən nikah adətən 18 yaşdan az uşaqların nikaha cəlb edilməsi hesab edilsədə dünya praktikasında daha çox qızların erkən evləndirilməsinə rast gəlinir. Erkən nikahların baş tutmasının müxtəlif səbəbləri və kifayət qədər zərərləri mövcuddur. Tarixi ənənələr və mentalitetdən irəli gələn səbəblər demək olar ki daha çox rast gəlinən hallardandır. Bəzən ailənin maddi vəziyyəti, ümidsizlik atmosferi yaradan kasıbçılıq, evliliyin övladına xoşbəxt həyat gətirəcəyi fikri də erkən nikahlara şərait yaradır. Bu praktika kəndlərdə və aztəminatlı ailələrdə geniş yayılmışdır. Bir çox hallarda bu nikahlar valideynlər tərəfindən təşkil edilir, burada qızların perspektivləri və seçimləri məhdud olur. Təcrübədə ailə daxili münaqişələr, qız uşaqlarına təzyiqin olmağı da onları erkən evliliyə yönəldir. Bəzən isə qaçırılma halları erkən evliliyə məcburiyyət yaradır.
   Xocavənd rayon 4 saylı tam orta məktəbin Uşaq Birliyi Təşkilatının rəhbəri Cəfərova Ləman çıxışda bildirmişdir ki, erkən nikahlar həm mənəvi-psixoloji, həm də fiziki cəhətdən uşaqların gələcək həyatlarına mənfi təsir edir. Erkən nikahın fəsadları ilə tez tez rastlaşırıq. Erkən nikahların problem yaratmasınını səbəblərindən biri də yeniyetməlik dövrünə təsədüf etməsidir. Həmin dövr uşaqların fiziki, psixoloji, bioloji və sosiallasma cəhətdən sürətli inkişaf dövrüdür. İnsan həyatının ikinci böyümə və inkişaf etmə dönəmi olan həmin zaman aralığı şəxsiyyətin formalaşması zamanıdır, ona görə də çox vaxt yeniyetmələrin fərdi xüsusiyyətlərində balans pozulur. Yeniyetməlik dövründə nikaha daxil olmaq, ailə qurmaq , uşaq sahibi olmaq uyğun dönəm hesab edilmir. Dolayısıyla ictimai inkişafını tamamlamamış olan bu yaşlardakı uşaqların evləndirilməsi uşaqlarda tam formalaşmamış fərdi keyfiyyətlərində problemə səbəb olur. Nikahdan sonra cəmiyyətdən təcrid olunma, ictimai fəaliyyətdən uzaqlaşma, özgüvən probleminin yaranması həmin uşaqları sadəcə daxil olduğu ailə çevrsi ilə məhdudlaşdırır.
Daha sonra Uşaq Səfirlər Məclisinin Xocavənd rayon nümayəndələri Xocavənd rayon 4 saylı tam orta məktəbin 8-ci sinif şagirdləri Namazlı Elmir və Şirinzadə Aysu hazırladıqları təqdimatı tədbir iştirakçılarına göstərmiş, erkən nikahın və qohum evliliklərinin səbəbləri şagirdlər arasında diskusiya olunmuşdur.
   Sonda erkən nikahla bağlı qısa film təqdim olunmuşdur.
Keçidlər