Şriftin ölçüsü :

Saytın rəngi :

"Uşaq Səfirlər Məclisi”nin Xocavənd rayonu üzrə nümayəndələri Aysun Şirinzadə və Elmir Namazlı Dövlət Komitəsi tərəfindən sertifikata layiq görülüblər

07 noyabr 2025 | 17:30
"Uşaq Səfirlər Məclisi”nin Xocavənd rayonu üzrə nümayəndələri Aysun Şirinzadə və Elmir Namazlı Dövlət Komitəsi tərəfindən sertifikata layiq görülüblər.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən müvafiq sahədə uşaqların fəaliyyətinə dəstəyin göstərilməsi ilə əlaqədar yaradılmış “Uşaq Səfirlər Məclisi” layihəsi 2020-ci ildən etibarən həyata keçirilir. Məclisin rayon nümayəndələri yerli icra hakimiyyəti orqanları və təhsil sektorlarının dəstəyi ilə bu istiqamətdə mütəmadi olaraq təlimlər, görüşlər və tədbirlər həyata keçirir.
Dövlət Komitəsi tərəfindən regionlarla işin daha da təkmilləşdirilməsi və inkişaf etdirilməsi məqsədilə müəyyən göstəricilər (“Tədbirlər Planı”na uyğunluq, təşəbbüskarlıq, innovativlik, fəallıq, məsuliyyətlilik, aktivlik) nəzərə alınmaqla, keçirilən tədbirlər hər üç aydan bir (hər kvartal) qiymətləndirilir və rayon (şəhər) üzrə fəallığı ilə seçilən nümayəndələr sertifikatla təmin olunur.
İyul-Sentyabr ayları (üçüncü kvartal) ərzində “Tədbirlər Planı”na uyğun olaraq keçirdiyi tədbirləri, təşəbbüskarlığı və uğurlu təşkilatçılığı ilə “Uşaq Səfirlər Məclisi”nin Xocavənd rayonu üzrə nümayəndələri Aysun Şirinzadə və Elmir Namazlı Dövlət Komitəsi tərəfindən sertifikata layiq görülüblər. Xocavənd Rayon İcra Hakimiyyəti başçısının müavini Əfsanə Quliyeva sertifikatları uşaqlara təqdim edib.
Keçidlər