Uşaq Səfirlər Məclisinin Xocavənd rayonu üzrə nümayəndələri və fəalları tərəfindən Şəhid ailələri ziyarət olunur
25 sentyabr 2025 | 16:01
27 Sentyabr Anım Günü ilə bağlı Tədbirlər Planına uyğun olaraq Uşaq Səfirlər Məclisinin Xocavənd rayonu üzrə nümayəndələri və fəalları tərəfindən Şəhid ailələri ziyarət olunur. Növbəti ziyarət Xocavənd rayon 4 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllim və şagird kollektivi tərəfindən Şəhid Qara Balakişiyevin və Şirxan Quliyevin ailələrinə təşkil edilib. Ziyarət zamanı məktəblilər vətənpərvərlik ruhunda çıxışlar ediblər.






