Uşaq Səfirlər Məclisinin yerli nümayəndəsinin təşəbbüsü ilə Yanğından Mühafizə Bölməsinə şagirdlərin ekskursiyası təşkil olunub.
26 iyul 2024 | 17:02
Uşaq Səfirlər Məclisinin yerli nümayəndəsinin təşəbbüsü ilə Yanğından Mühafizə Bölməsinə şagirdlərin ekskursiyası təşkil olunub.
26 iyul 2024-cü il tarixdə Uşaq Səfirlər Məclisinin yerli nümayəndəsi Teybə Tağıyevanın təşəbbüsü, Xocavənd Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Beyləqan rayon DYMH-nin 58 nömrəli Yanğından Mühafizə Bölməsinə şagirdlərin ekskursiyası təşkil olunub. Şagirdlərə yanğınsöndürən və xilasedicilərin gündəlik rejim qaydaları və Bölmənin fəaliyyəti haqqında ətraflı məlumat verilib, ilkin yanğınsöndürmə və xilasetmə vasitələrindən istifadə qaydaları, əməkdaşların günlük məşqlərinin bir hissəsi əyani şəkildə nümayiş etdirilib. Həmçinin, məktəblilər fövqəladə hallar zamanı istifadə olunan zəruri yanğınsöndürmə və digər qəza-xilasetmə texnika və avadanlıqları ilə yaxından tanış olublar.