“Uşaqlar və ekologiya” adlı Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunda iştirak edəcək uşaqlarla görüş keçirilmişdir.
18 noyabr 2024 | 17:43
18 noyabr 2024-cü il tarixdə Xocavənd Rayon İcra Hakimiyyətində Ailə Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən uşaqların ictimai fəallığının artırılması və dövlət siyasətinin həyata keçirilməsində onların aktiv iştirakının təmin edilməsi, həmçinin ictimaiyyətin diqqətinin uşaq hüquqlarının qorunmasına yönləndirilməsi məqsədilə 5 dekabr 2024-cü il tarixdə Bakı şəhəri, Abşeron Marriot otelində keçiriləcək “Uşaqlar və ekologiya” adlı Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunda iştirak edəcək uşaqlarla görüş keçirilmişdir. Görüş zamanı iştirakçılara form barəsində ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə 2024-cü il Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" kimi qeyd olunur və bununla bağlı olaraq təbiətin qorunmasına diqqətin artırılması üçün müxtəlif tədbirlər həyata keçirilir.
Həmçinin qeyd olunmuşdur ki, cari ilin 11- 22 noyabr tarixlərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un ölkəmizdə keçirilməsi ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun göstəricisi, eyni zamanda Azərbaycan Prezidentinin növbəti təntənəli qələbəsidir. Bu, Qoşulmama Hərəkatına sədrliyimiz və Təhlükəsizlik Şurasına üzvlüyümüzdən sonra xarici siyasətimizin ən böyük uğurudur. Həmçinin son zamanlar Azərbaycana qarşı çirkin kampaniya aparan bəzi dairələrə tutarlı cavabdır. Azərbaycanın belə bir mötəbər tədbirə ev sahibliyi etməsi ölkəmizə yerli, regional və beynəlxalq miqyasda çox böyük divindendlər qazandıracaqdır.
Sonda uşaqlara lazımi tövsiyyələr verilmiş, iştirakçı vərəqələri təqdim edilmişdir.