Uşaqların Beyləqan rayonunda yerləşən Bayraq Muzeyinə və Gənclər Mərkəzinə ekskursiyası təşkil edilmişdir
30 may 2025 | 10:50
1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə uşaqların Beyləqan rayonunda yerləşən Bayraq Muzeyinə və Gənclər Mərkəzinə ekskursiyası təşkil edilmişdir.
Xocavənd Rayon İcra Hakimiyyəti və YAP Xocavənd Rayon Təşkilatının birgə təşkilatçılığı, Uşaq Səfirlər Məclisinin Xocavənd rayon üzrə nümayəndələri Namazlı Elmir və Şirinzadə Aysunun təşəbbüsü ilə 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə uşaqların Beyləqan rayonunda yerləşən Bayraq Muzeyinə və Gənclər Mərkəzinə ekskursiyası təşkil edilmişdir. Ekskursiyada Xocavənd Rayon İcra Hakimiyyəti başçısının müavini Əfsanə Quliyeva, YAP Xocavənd Rayon Təşkilatının sədri Vüsal Hüseynov, Aparatın əməkdaşları və ümumtəhsil müəssisələrinin uşaqları iştirak etmişlər. Şagirdlərin böyük marağına səbəb olan ekskursiyada onlar, Azərbaycan bayrağının keçmişi və bu günkü tarixi ilə, Gənclər Mərkəzində yaradılan şəraitlə tanış oldular, Ümummilli liderə, Zəfər tariximizə, Şəhidlərimizə həsr olunmuş stendlərə baxdılar, uşaq filminə tamaşa etdilər.