Şriftin ölçüsü :

Saytın rəngi :

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə bayram tədbiri keçirilib.

01 iyun 2024 | 09:17
   Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə bayram tədbiri keçirilib.
  1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə Xocavənd qəsəbəsində Xocavənd Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə bayram tədbiri keçirilib.Tədbirdə Xocavənd Rayon İcra Hakimiyyəti başçısının müavini Əfsanə Quliyeva, idarə və təşkilatların rəhbərləri, məktəbəqədər təhsil müəssisələrinin müəllim və şagird kollektivi, valideynlər iştirak etmişlər. Xüsusi tərtibatla bəzədilmiş bayram şənliyində rayon ərazisində yerləşən körpələr evi-uşaq bağçalarında tərbiyə alan uşaqlarla birgə rayonun ümumtəhsil məktəblərinin aşağı sinif şagirdləri də iştirak ediblər.Tədbirdə uşaqlar maraqlı konsert proqramı ilə çıxış etdilər.
Keçidlər