Uşaqların təhsil-tərbiyəsi və məktəbdən yayınma hallarının qarşısının alınması məqsədilə monitorinq keçirilmişdir
Uşaqların təhsil-tərbiyəsi və məktəbdən yayınma hallarının qarşısının alınması məqsədilə monitorinq keçirilmişdir.
22 yanvar 2026-cı il tarixdə uşaqların təhsil-tərbiyəsinin gücləndirilməsi, onların məktəbə davamiyyətinin təmin olunması və məktəbdən yayınma hallarının qarşısının alınması məqsədilə monitorinq keçirilmişdir. Keçirilən monitorinqlər zamanı şagirdlərin dərslərdə iştirakı, davamiyyət göstəriciləri və yayınma səbəbləri araşdırılmış, aşkar edilən problemlərin aradan qaldırılması istiqamətində valideynlərlə və məktəb kollektivləri ilə maarifləndirici söhbətlər aparılmışdır. Eyni zamanda, risk qrupuna daxil olan uşaqlarla fərdi yanaşma tətbiq olunmuş, onların təhsilə cəlb olunması və məktəb mühitinə adaptasiyasının gücləndirilməsi üçün zəruri tədbirlər həyata keçirilmişdir. Bu istiqamətdə görülən işlər uşaqların təhsil hüququnun qorunmasına və onların sağlam inkişafına xidmət edir.






