Uşaqların təhsildən yayınması və baxımsızlığı ilə bağlı monitorinqlər aparılır, təhsildən yayınan və sosial təhlükəli vəziyyətdə olan uşaqlarla fərdi profilaktik iş aparılır.
28 dekabr 2022 | 16:17
Uşaqların təhsildən yayınması və baxımsızlığı ilə bağlı monitorinqlər aparılır, təhsildən yayınan və sosial təhlükəli vəziyyətdə olan uşaqlarla fərdi profilaktik iş aparılır.
Xocavənd Rayon İcra Hakimiyyəti tərəfindən uşaqların təhsildən yayınması və baxımsızlığı ilə bağlı mütəmadi olaraq monitorinqlər aparılır, təhsildən yayınan və sosial təhlükəli vəziyyətdə olan uşaqlarla fərdi profilaktik iş aparılır. Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiya tərəfindən məktəblərdə uşaqların davamiyyəti ilə maraqlanılır, jurnallara baxılır. Hər hansı uşağın uzun müddət dərsə gəlmədiyini aşkar olunduğu halda onun valideynləri ilə əlaqə yaradılır və şagirdin məktəbə gəlməsi təmin olunur. Eyni zamanda, həmin şagirdlərlə də təhsildən yayınma, erkən nikah, əməyə cəlb olunma ilə bağlı söhbətlər aparılır. Bunlardan əlavə, məktəblərlə, müəllimlərlə, psixoloqlarla da iş aparılır ki, onlar bu prosesdən kənarda qalmasınlar.
Keçirilən tədbirlərdə vurğulanır ki, bu kimi hallar əsasən miqrasiya ilə, ailənin sosial vəziyyəti və ailə büdcəsinin aşağı səviyyədə olması, valideynlər tərəfindən uşaqların məcburi əmək fəaliyyətinə sövq olunması, erkən yaşda nikaha məcbur edilməsi, bəzi uşaqların sağlamlıq imkanlarınının itirilməsi, məktəb mühitinin deqradasiyası, repetitorluq institutunun intişar tapması və s. faktorlarla bağlıdır. Uşaqların təhsilə vaxtında cəlb olunmamasına və təhsildən yayınmaya görə müxtəlif inzibati cəzalar nəzərdə tutulur. Bu cəzalar həm inzibati, bəzi ölkələrdə isə hətta cinayət məcəlləsinin müvafiq maddələrinin pozuntusu kimi hesab edilir.