Şriftin ölçüsü :

Saytın rəngi :

Uzun müddət dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə bir qrup dövlət qulluqçusu təltif edilib.

08 yanvar 2024 | 15:55
  Xocavənd Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Rəfail Mustafayev və Xocalı -Xocavənd təhsil sektorunun baş məsləhətçisi Ümidvar Məmmədovun 65 yaşı olması münasibətilə tədbir keçirilib.
  8 yanvar 2024-cü il tarixdə Xocavənd Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Rəfail Mustafayev və Xocalı -Xocavənd təhsil sektorunun məsləhətçisi Ümidvar Məmmədovun 65 yaşı olması münasibətilə tədbir keçirilib. Tədbirdə çıxış edən Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov hər iki ziyalını doğum günləri münasibətilə təbrik edib, onlara xoş arzularını çatdırıb. Başçı həm Rəfail Mustafayevin, həm də Ümidvar Məmmədovun əmək fəaliyyətləri dövründə dövlətə fasiləsiz olaraq, vicdanla xidmət etdiklərini qeyd edib, işlərində uğurlar, cansağlığı arzulayıb.
   Xocavənd Rayon İcra Hakimiyyəti başçısının 08.01.2024-cü il tarixli 01 nömrəli Sərəncamı ilə “Uzun müddət dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə Rayon İcra Hakimiyyəti başçısının “Fəxri Fərman”ı ilə təltif edilmiş Rəfail Mustafayev və Ümidvar Məmmədov onlara göstərilən diqqət və qayğıya görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.
Keçidlər