Şriftin ölçüsü :

Saytın rəngi :

"Vətən müharibəsi qəhrəmanları ilə bir gün" adlı vətənpərvərlik mövzusunda tədbir keçirilmişdir

06 noyabr 2025 | 09:09
"Vətən müharibəsi qəhrəmanları ilə bir gün" adlı vətənpərvərlik mövzusunda tədbir keçirilmişdir.
6 noyabr 2025-cil il tarixdə Zəfər Gününün 5-ci ildönümü münasibətilə Xocavənd Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Salakətin kənd tam orta məktəbində "Vətən müharibəsi qəhrəmanları ilə bir gün" adlı vətənpərvərlik mövzusunda tədbir keçirilmişdir.
Rayon icra hakimiyyəti əməkdaşlarının, təhsil işçilərinin, Vətən müharibəsi iştirakçılarının, qazilərin iştirakı ilə keçirilən tədbirdə Vətən müharibəsi iştirakçıları döyüş xatirələrindən danışmış, gənclərə vətənə sevgi, cəsarət və birlik çağırışları etmiş, Zəfər Gününün tarixi əhəmiyyəti, Azərbaycan Ordusunun qüdrəti və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan Zəfərdən söz açmışlar.
Sonra şagirdlərin ifasında ədəbi-bədii kompozisiyalar nümayiş olunmuş, şeirlər səsləndirilmişdir.
Keçidlər