Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Şəhid Nüsrətli Ceyhunun və Şəhid Məzahir Göyüşovun anım günü qeyd edilib.

30 sentyabr 2024 | 12:36
  Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Şəhid Nüsrətli Ceyhunun və Şəhid Məzahir Göyüşovun anım günü qeyd edilib.
  30 sentyabr 2024-cü il tarixdə Xocavənd qəsəbəsində yerləşən Şəhidlər məzarlığında Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Nüsrətli Ceyhunun və Məzahir Göyüşovun anım günü münasibətilə xatirəsi yad edilib. Tədbirdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, Şəhid ailələri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları öncə şəhidlərin məzarları önünə tər güllər düzmüş, onların əziz xatirəsinə ehtiramlarını bildirmişlər. Daha sonra canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə dualar oxunaraq, xatirələri bir dəqiqəlik sükutla yad edilmişdir.
Keçidlər