Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Şəhid Namazov Xəyal Xudaverdi oğlunun anım günü qeyd edilib

03 oktyabr 2025 | 17:43
   Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Şəhid Namazov Xəyal Xudaverdi oğlunun anım günü qeyd edilib.
   03 oktyabr 2025-ci il tarixdə Xocavənd qəsəbəsində yerləşən Şəhidlər məzarlığında Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Şəhid Namazov Xəyal Xudaverdi oğlunun anım günü münasibətilə xatirəsi yad edilib. Tədbir iştirakçıları öncə şəhidlərin məzarları önünə tər güllər düzmüş, onların əziz xatirəsinə ehtiramlarını bildirmişlər. Daha sonra canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə dualar oxunaraq, xatirələri bir dəqiqəlik sükutla yad edilmişdir.
Keçidlər