Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Xocavənd rayon Əmirallar kənd sakini çavuş Fərəcov Zülfüqar Museyib oğlunun anım günü ilə bağlı tədbir keçirilmişdir.

29 sentyabr 2023 | 17:50
  Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Xocavənd rayon Əmirallar kənd sakini çavuş Fərəcov Zülfüqar Museyib oğlunun anım günü ilə bağlı tədbir keçirilmişdir.
  29 sentyabr 2023-cü il tarixdə Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Xocavənd rayon Əmirallar kənd sakini Fərəcov Zülfüqar Museyib oğlunun anım günü münasibətilə Xocavənd qəsəbəsində yerləşən “Şəhidlər məzarlığı”nda tədbir keçirilmişdir. Tədbir iştirakçıları öncə şəhidlərin məzarları önünə qərənfillər düzmüş, onların əziz xatirəsinə ehtiramlarını bildirmişlər. Daha sonra canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə dualar oxunaraq, xatirələri bir dəqiqəlik sükutla yad edilmişdir.
  Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov Vətən müharibəsində iştirak edərək qəhrəmancasına şəhid olmuş Fərəcov Zülfüqar Museyib oğlunun döyüş yolu barədə tədbir iştirakçılarına ətraflı məlumat vermiş, Şəhidin valideynlərinə və ailə üzvlərinə başsağlığı verərək, belə qəhrəman övlad böyütdükləri üçün minnətdarlığını bildirərək qeyd etdi ki, üç il öncə sentyabrın 27-də işğalçı Ermənistanın Qarabağda növbəti təxribatına cavab olaraq əks-hücum əməliyyatına başlayan Azərbaycan Ordusu 44 günlük Zəfər yürüşü ilə ölkəmizin ərazi bütövlüyünü təmin etdi. Silahlı Qüvvələrimiz hər bir kənd, qəsəbə, şəhər, yüksəkliyin düşməndən təmizlənməsi uğrunda rəşadətlə mübarizə apardı, böyük tarixi nailiyyətlərə imza atdı. Vətən müharibəsi Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, iradəsi, müzəffər Ordumuzun cəsurluğu, qəhrəmanlığı nəticəsində zəfərlə başa çatdı. Bu tarixi Qələbə əbədiyaşar şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazanıldı və Azərbaycanın müstəqillik tarixinə qızıl hərflərlə yazıldığını bildirən Rayon İcra hakimiyyətinin başçısı Ali Baş Komandan Cənab İlham Əliyevin irəli əmri ilə döyüşlərə atılmış igidlər arasında digər yoldaşları kimi Zülfüqar Fərəcov da ilk olaraq düşmən səddinin yarılmasında böyük şücaət göstərərək ermənilərin xeyli canlı qüvvəsini və hərbi texnikasını sıradan çıxardığını xüsusi vurğulamışdır.. Tədbirdə çıxış edən şəhidin övladı Əmrah Fərəcov 44 günlük Vətən müharibəsi zamanı canını fəda etmiş bütün şəhidlərə Allahdan rəhmət diləmiş yaxınlarına və ailələrinə başsağlığı vermişdir. Əmrah Fərəcov atası ilə fəxr etdiyini və gələcək fəaliyyətində onun arzularını doğruldacağını bildirdi. Tədbirdə çıxış edənlər Zülfüqar Fərəcovun təhsil illərindən , hərbidə xidmət dövründən söz açaraq xatirələrini bölüşmüş, onun mehiriban, sədaqətli və çox peşəkar bir hərbiçi olduğunu bildirmişlər.
  Xocavənd rayon Əmirallar kənd sakini, Fərəcov Zülfüqar Museyib oğlu Vətən müharibəsinin ilk günündən döyüşlərə atılmış, düşmənin xeyli sayda post və istehkamlarının dağıdılmasında xüsusi şücayət göstərmişdir. O, 29 Sentyabr 2020-ci il tarixdə canını Vətən torpağı uğrunda fəda edərək müqəddəs Şəhidlik zirvəsinə ucalmışdır. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”” və “Cəsur döyüşçü” medalları ilə təltif edilmişdir. Allah rəhmət eləsin.
Keçidlər