Şriftin ölçüsü :

Saytın rəngi :

Vətəndaşların müraciətləri dinlənilib

19 yanvar 2026 | 10:37
Vətəndaşların müraciətləri dinlənilib.
19 yanvar 2026-cı il tarixdə 500 ailəlik Xocavənd qəsəbəsində Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynovun səyyar görüşü keçirilib. Səyyar görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov çıxış edərək 2025-ci ilin ölkəmiz üçün iqtisadi-sosial və siyasi baxımdan uğurlu il olduğunu bildirmişdir. Ölkə başçısı bir çox xarici ölkələrdə səfərlərdə olmuş, ölkəmizdə bir çox mötəbər beynəlxalq tədbirlər keçirilmişdir. Sevindirici hal odur ki, bu tədbirlərin bəziləri işğaldan azad edilmiş ərazilərdə Xankəndidə, Şuşada, Laçında keçirilmişdir. “Böyük Qayıdış” Proqramı uğurla icra edilmiş, işğaldan azad edilmiş ərazilərdə bu gün böyük quruculuq işləri aparılır və artıq 70 minə yaxın insan orada yaşayır, çalışır, təhsil alır. 2025-ci il sentyabr ayının 14-dən başlayaraq artıq xocavəndlilər də öz doğma torpaqlarına qayıtmağa başlamışdır. 2026-cı ilin sonuna qədər Xocavənd rayonunda 30 dan çox yaşayış məntəqəsində bərpa işləri aprılacaqdır.
Qəbulda iştirak edən sakinlərin hər biri ayrılıqda dinlənilərək qaldırılan bütün məsələlər nəzarətə götürülmüş və bununla bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar verdilmişdir.
Keçidlər