Şriftin ölçüsü :

Saytın rəngi :

Xarici siyasətin prioriteti

29 noyabr 2022 | 11:47

  29.11.2022-ci il tarixdə Başçının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əfsanə Quliyeva idarə və müəssisə rəhbərləri və işçilərlə görüş keçirərək  Xarici siyasətin prioriteti mövzusunda söhbət aparmışdır. Müzakirə zamanı Əfsanə Quliyeva bildirmişdir ki, müstəqil xarici siyasət suverenliyin təminatıdır. Qlobal və regional miqyasda geosiyasi mənzərənin sürətlə dəyişdiyi bir vaxtda bu məsələ daha da aktuallaşır. Dövlətin maraqlarını məharətlə müdafiə etmək üçün xarici siyasətin qarşısında duran vəzifələr düzgün müəyyənləşdirilməlidir. Eyni zamanda, məqsədə çatmaq üçün səmərəli və müasir diplomatik mexanizmlərdən yararlanmaq gərəkdir. Xarici siyasət kursunun prioritetləri bu prosesdə istiqamətverici rol oynayır. Azərbaycanın xarici siyasət kursunun prioritetləri dövlətin maraqları ilə müasir geosiyasi vəziyyətin xüsusiyyətlərini maksimum dərəcədə nəzərə almağa əsaslanır. Ulu öndər Heydər Əliyev ölkənin xarici siyasətinin prioritetlərini ən incə məqamları belə nəzərə alaraq müəyyənləşdirib. Ötən illərin təcrübəsi göstərdi ki, ümummilli liderin formalaşdırdığı siyasət kursu zamanın bütün tələblərinə cavab verir və çox perspektivlidir. Hazırda Azərbaycanın daxili və xarici siyasət kursu region dövlətləri üçün nümunədir. Ölkə bütün sahələr üzrə davamlı inkişaf edir, beynəlxalq aləmdə onun nüfuzu durmadan artır. Xarici siyasətin prioritet istiqamətlərində əldə edilən uğurlar ümumiyyətlə, daha dinamik diplomatik fəaliyyət göstərməyə imkan verir.Ümumiyyətlə

  Xarici siyasətin prioritetlərini mütəmadi olaraq nəzərdən keçirməyə ehtiyac var. Çünki sürətlə dəyişən geosiyasi mühitdə çevik adaptasiya qabiliyyətinə malik diplomatiya milli maraqları təmin etmək işində mühüm rol oynayır. Azərbaycan üçün xarici siyasət kursunun səmərəliliyi aspektində vacib olan bir məqamı vurğulamaq gərəkdir. Məsələ ondan ibarətdir ki, Cənubi Qafqaz kimi mürəkkəb bir regionda tarazlı siyasi kursu sistemli və ya yeni geosiyasi reallıqlar müstəvisində həyata keçirmək təcrübəsini yalnız Azərbaycan nümayiş etdirir. Bunu da bölgənin diplomatiya tarixində irəliyə doğru atılmış bir addım kimi qəbul etmək lazımdır.

  Xarici siyasətin bu aspekti ölkəyə olan inam və bunun nəticəsində qazandığı beynəlxalq nüfuz baxımından olduqca əhəmiyyətlidir. Çünki hazırda regional miqyaslı təşkilatlardakı fəaliyyətlə qlobal qurumlar çərçivəsindəki fəaliyyəti uzlaşdırmaq suverenliyin təminində həlledici rol oynayır. Azərbaycan regionda sistemli və çoxvektorlu xarici siyasət kursunu həyata keçirən nümunəvi dövlət halına gəlib.

  Bütün bunlar ölkənin xarici siyasət kursunun səmərəliliyi və uzaqgörənliyini təsdiq edir. Ulu öndər Heydər Əliyev Azərbaycanın xarici siyasətinin əsaslarını bütün müasir tələbləri nəzərə alaraq hazırlayıb. İndi onun təməlini qoyduğu bu çətin və şərəfli iş uğurla davam etdirilir.

Keçidlər