"Xəmsə" Milli İntellektual Oyunu keçirilib
05 iyun 2025 | 09:04
"Konstitusiya və Suverenlik İli" nə həsr olunmuş "Xəmsə" Milli İntellektual Oyunu keçirilib.
Xocavənd Rayon İcra Hakimiyyəti və YAP Xocavənd Rayon Təşkilatının birgə təşkilatçılığı ilə "Konstitusiya və Suverenlik İli" nə həsr olunmuş "Xəmsə" Milli İntellektual Oyunu keçirilib. Xocavəndin fəal gəncləri Çingiz Quliyev və Məhsər Vəlizadənin təşəbbüsü ilə baş tutan layihədə rayonun idarə və təşkilatları komanda şəklində təmsil olunublar. Tədbir Şəhidlərin və Ulu öndərin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır. Tədbirdə Xocavənd Rayon İcra Hakimiyyəti başçısının müavini Əfsanə Quliyeva və YAP Xocavənd Rayon Təşkilatının sədri Vüsal Hüseynov çıxış edərək bildiriblər ki, 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsi Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümü ilə əlaqədar ölkəmizin tarixi nailiyyətlərini, Konstitusiyamızın qüdrətini və tam suverenliyimizin bərpasını vurğulayan əlamətdar hadisədir. Bu qərar müstəqil Azərbaycanın gücünü və inkişafını bir daha nümayiş etdirməklə yanaşı, xalqımızın birliyinin, həmrəyliyinin ifadəsidir.
Çıxışlardan sonra yarış gərgin mübarizə şəraitində davam etmiş, "Təhsil" komandası I yer, Xocavənd RİH II yerin, Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin komandası isə III yerin sahibi olmuşdur. Qalib komandalara diplom, I yerin sahibinə isə Kubok təqdim edilmişdir.