Şriftin ölçüsü :

Saytın rəngi :

“Xəmsə” milli-intellektual oyunu üzrə Xocavənd rayon birinciliyi keçirilib.

19 fevral 2025 | 16:54
19 fevral 2025-ci il tarixdə gənclər arasında “Xəmsə” milli-intellektual oyunu üzrə Xocavənd rayon birinciliyi keçirilib.
Gənclərin intellektual səviyyəsini, dünya görüşünü, zehni inkişafını stimullaşdırmaq, asudə vaxtlarını səmərəli və mənalı təşkil etmək, onlar arasında bilik və elmin nüfuzunu artırmaq məqsədi ilə keçirilən tədbirdə 8 komanda (40 nəfər) iştirak edib.
İntellektual oyunda birinci yeri Xocavənd rayon 4 saylı tam orta məktəbin “PARLAQ GƏLƏCƏK” komandası, ikinci yeri Tuğ kənd 1 saylı tam orta məktəbin “BAYRAQDAR” komandası, üçüncü yeri yenə də Tuğ kənd 1 saylı tam orta məktəbin “AKADEMİKLƏR” komandası əldə edib.
Qalib komandalar diplomla təltif olunublar.
Keçidlər