Şriftin ölçüsü :

Saytın rəngi :

Xocavənd 2 saylı tam orta məktəbinin şagirdləri "Xocalı Memorial Soyqırım” Muzeyində olublar.

21 fevral 2024 | 11:37
Xocavənd 2 saylı tam orta məktəbinin şagirdləri "Xocalı Memorial Soyqırım” Muzeyində olublar.
Xocalı soyqırımın 32–ci ildönümü ilə əlaqədar Xocavənd 2 saylı tam orta məktəbinin şagirdləri Respublika Hərbi Prokurorluğunda “Xocalı Memorial Soyqırım” Muzeyində olublar. Xocalı Memorial Soyqırım Muzeyi ilə tanışlıq zamanı məlumat verildi ki, muzey tarix, deportasiya-repressiya, soyqırım və terror bölmələrindən ibarətdir.
Muzeyin soyqırım və terror bölmələrində erməni silahlı birləşmələri və MDB-nin 366-cı alayının 1992-ci ilin fevralın 26-da Xocalı şəhərinə birgə hücumunu əks etdirən maket və fotolar və digər eksponatlar yerləşdirilib. Həmin bölmədə 26 fevral 1992-ci il tarixə Xocalı və ətraf əraziləri özündə əks etdirən maket qurulub.
Respublika Hərbi Prokurorluğu tərəfindən aparılan ibtidai istintaq materiallarına uyğun olaraq hücum zamanı erməni silahlı birləşmələri və 366-cı alayın bölmələrinin yerləşdiyi ərazilər və onlar tərəfindən xüsusi amansızlıqla kütləvi qətllərin yerinə yetirilməsi sənədləri öz əksini tapıb. Bölmədə fakt üzrə aparılan cinayət işinin cildləri, hadisə yerinə baxış protokolları, erməni təcavüzkarlarının törətdikləri vəhşilikləri sübut edən əşyalar, ekspert rəyləri, ifadələr, meyitlərin fotoşəkilləri və eləcə də Xocalıda, Meşəlidə, Qaradağlıda və digər yaşayış məntəqələrində cinayətin izlərini özündə əks etdirən əşyalar yer alıb.
Keçidlər