Xocavənd: Keçmişdən Gələcəyə
01 iyun 2025 | 09:20

Layihə rəhbərləri olan Qüdrət Zülfüqarlı və Ləman Cəfərova Xocavənd rayon məktəbliləri və pedaqoji kollektivi ilə “Konstitusiya və Suverenlik ili” çərçivəsində şagirdlərlə ekskursiya təşkil ediblər. Layihə çərçivəsində iştirakçılar Xocavəndin tarixi abidələri ilə tanış olmuş, qədim kəndlərimizi gəzmişlər. .
Ən təsirli anlardan biri isə Azərbaycanın Milli Qəhrəmanı, igid döyüşçümüz İbad Hüseynli baş tutan görüş oldu. Şagirdlər onunla yaxından tanış olub, xatirə şəkli çəkdirdilər.
Bu cür layihələr gənc nəslin tariximizi tanımasına, Vətənə olan bağlılığını daha da gücləndirməsinə xidmət edir.
Xocavənd bizimdir, Xocavənd Azərbaycandır!