Şriftin ölçüsü :

Saytın rəngi :

Xocavənd kənd sakini Bağırova Aytən Elmir qızı “Hənifə Məlikova-Zərdabi adına təqaüd proqramına seçilib

28 oktyabr 2025 | 09:26
683,8 balla Azərbaycan Tibb Universitetinə daxil olan, Xocavənd rayon Xocavənd kənd sakini Bağırova Aytən Elmir qızı “Hənifə Məlikova-Zərdabi adına təqaüd proqramına seçilib.
🎓“Hənifə Məlikova-Zərdabi adına təqaüd proqramı – 2025” təqdim olunub
27 oktyabr 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Elm və Təhsil Nazirliyi və Təhsilin İnkişafı Fondunun birgə əməkdaşlığı ilə “Gənc qızların təhsilinə dəstək” layihəsi çərçivəsində “Hənifə Məlikova-Zərdabi adına təqaüd proqramı – 2025”in təqdimat mərasimi keçirilib.
Mərasimdə təqaüd proqramına seçilən tələbələrə sertifikatlar təqdim olunub və bədii hissə ilə tədbirə yekun vurulub.
ℹ️Qeyd edək ki, təqaüd proqramının məqsədi həssas təbəqədən olan, eyni zamanda ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərmiş gənc qızların təhsilinə dəstək vermək, onların sosial rifahına və elmi inkişafına töhfə verməkdir. Proqram çərçivəsində seçilən tələbələrə aylıq təqaüdlər təqdim olunacaq.
Keçidlər