Xocavənd kənd uşaq bağçasında 28 May - Müstəqillik Günü münasibətilə tədbir keçirilib
Xocavənd kənd uşaq bağçasında 28 May - Müstəqillik Günü münasibətilə tədbir keçirilib.
Çıxış edənlər qeyd etdilər ki, 107 il bundan əvvəl 1918-ci ildə Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması milli dövlətçilik tariximizdə çox böyük və əhəmiyyəti hadisə oldu. Bu gün Müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi bütün sahələrdə dayanıqlı dövlət kimi fəaliyyət göstərməkdədir. XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycan öz suverenliyini qoruyub saxlamağı bacardı. Xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtararaq, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını aldı, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etdi.
Ulu Öndərin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi qətiyyətli siyasət nəticəsində müstəqil dövlətimiz daha da inkişaf etdi və hərtərəfli gücləndi. 30 il Ermənistanın işğalı altında qalan torpaqlarımız azad olundu, dövlətimizin ərazi bütövlüyü, suverenliyi tam bərqərar oldu.
Tədbir sözügedən məktəbin şagirdlərinin hazırladığı bədii hissə ilə davam edib.